Suriyaya göndəriləcək 250 əsgərimiz İŞİD-lə birbaşa döyüşə girməyəcək.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqonun mətbuat katibi Peter Kuk deyib.
"Əsgərlərimiz yerli qüvvələrə dəstək olacaqlar. Onların birbaşa döyüşə girməsini planlaşdırmırıq. Ön cəbhədə olmayacaqlar", - Kuk bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Barak Obama Suriyaya əlavə hərbi qüvvələrin göndərilməsi ilə bağlı qərar qəbul etmişdi.