Gəncədə qadınlara qarşı cinayət törətmiş şəxslər yaxalanıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 5-də Gəncə şəhər sakini D.Məhərrəmovanın içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev və Elbrus Manafov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən tutulublar. Onların avqustun 21-dən noyabrın 4-dək olan müddətdə şəhər sakinləri olan daha 3 qadının çantalarından pul və sənəd oğurlamaları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.