İstanbulun Mecidiyeköy səmtində telefon aksessuarlarının satışı ilə məşğul olan şəxs ondan ekran qoruyucusu alan qadını telefonundakı intim görüntüləri ilə şantaj edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının telefonundakı şəkilləri şəxsi kompüterinə köçürən usta fotoları qadına göstərib və onunla sevgili olmağa məcbur edib.

Telefonda əri ilə uyğunsuz şəkillərinin olduğunu söyləyən qadın polisə şikayət edib. Satıcı  həbs olunub.