ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqton Kiyevlə nadir torpaq metalları ilə bağlı müqavilə bağlayıb və bu saziş Ukrayna qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib.
ABŞ prezidenti vurğulayıb ki, Amerika tərəfi bunu yüksək qiymətləndirir və həmçinin yaxın gələcəkdə Zelenski ilə danışmağı planlaşdırır.