Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 12-də Hindistanın paytaxtı Yeni Dehliyə işgüzar səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, burada Hindistanın baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə görüşəcək. Görüşün təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Qriqoryanın səfəri Hindistanla Pakistan arasındakı silahlı münaqişə fonunda baş verir.
Ağarza Elçinoğlu