Rusiya-Azərbaycan dövlət sərhədinin "Yaraq-Qazmalar avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan "Rosselxoznadzorun Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.

Unikal.org Virtualaz.org-a istinadla xəbər verir ki, buna səbəb kimi Rusiya ərazisinə karantin altında olan məhsulun idxal qaydalarının pozulması göstərilib.

Saxlanılan yüklər arasında 16780 kq nar, 18025 kq pomidor və 17750 kq xiyar var. Bu məhsullar geriyə - Azərbaycana qaytarılıb.