İstanbul məhkəməsi kriminal avtoritet Nadir Səlifova ("Lotu Quli) qarşı sui-qəsd hazırlığına görə saxlanılan mərhum avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Caniyev və onun dəstəsinin üzvləri barəsində qərar verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, N.Canıyev və digərləri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 3-də İstanbul polisi "Lotu Quliyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 13 nəfərlik qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM ticarət mərkəzində saxlanılıb. Qrup Rövşən Lənkəranskinin qətlində ittiham olunan Səlifovun evinə hücum hazırlayırdılar.

Daha əvvəl Türkiyənin "Hürriyet nəşrinin polisdəki mənbələrinə istinadən yazıb ki, Namiq Caniyev özünün üç silahdaşı ilə birlikdə Türkiyəyə gəlib. O, İstambulda "Şirinlər türk criminal qruplaşmasının lideri, "Maks ləqəbli Şirin Mehmet Sabri ilə görüşərək onun "Lotu Qulinin aradan qaldırılması planını müzakirə edib.

İddiaya görə, Namiq Caniyev qətl üçün türk avtoritetə 5 milyon dollar mükafat təklif edib. Məhz bu sazişin detallarının müzakirəsi üçün kriminal avtoritetlər "Ömür AVMdə görüşüblər.