Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb.
Unikal.org xəbər verir ki, APA-ya DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı və Cəlilabad rayon polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli maddələrin qaçaq yolla daşınmasında şübhəli bilinən Yardımlı rayonunun Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb. Araşdırmalarla onun qaçaq yolla gətirdiyi külli miqdarda narkotik tərkibli həbi bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyənləşib.
Həmin əraziyə baxış zamanı narkotik tərkibli "T-DOL-200 adlı 10.000 ədəd həb aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.