Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov təqdirəlayiq addımla gündəmə gəlib.
Unikal.org xəbər verir ki, Şöhrət Ordenli məşqçi xeyirxah iş görüb.
Belə ki, Qazaxın "Göyəzən klubunun keçmiş oyunçusu, sonradan baş məşqçisi işləmiş Rəhman müəllim Bakıya gələrkən Yevlaxda ağrı tutub və ölümcül vəziyyətə düşüb. Təcili yardımla Gəncə şəhərinə çatdırılıb.
Bu barədə Qazax rayonundan olan Əli Rəhimov (olimpiya çempionu Nicat Rəhimovun atası) sosial şəbəkə vasitəsilə məlumat verib. Onun bildirdiyinə görə heç bir xəstəxana klubun məşqçisini qəbul etməyib.
"Küllü miqdarda pul istəyiblər. Bu xəbəri sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi hörmətli Firdovsi Umudova çatdırıblar.
Firdovsi müəllimin səyi nəticəsində xəstə xəstəxanaya yerləşdirilib. Bütün xərcləri Firdovsi Umudov tərəfindən ödənilib. Firdovsi müəllimə şəxsən öz adımdan, qazaxlılar adından təşəkkür edirəm. Fəxr edirəm ki, millətimin bu cür oğlu var.