Azərbaycanda bəzi media saytlarının və forumların fəaliyyətində texniki nasazlıqlar yaranıb.

Unikal.org-un Oxu.Az-a istinadən xəbərinə görə, buna Almaniyada yerləşən data mərkəzində qəzanın baş verməsi səbəb olub.

Qeyd edilir ki, Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini müvəqqəti dayandırıb.

Ölkəmizlə yanaşı, bəzi xarici saytların, o cümlədən, "Vedomosti, "The New Times kimi xəbər portallarının fəaliyyətində də problemlər yaşanıb.

Fəaliyyətində problemlər yaranan saytların fiziki olaraq yalnız bir serverdən istifadə etməsi göstərilir.

Ekspert Hüseyn Hüseynzadə belə xoşagəlməz halların qarşısını almaq və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların iki serverdə saxlanılmasını tövsiyə edir:

"Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur. Həmçinin bu ölkədən xaricə valyuta axını və sonucda internet xidmətini təqdim edən provayderlərin xərclərini azaldaraq İnternetin qiymətinin ucuzlaşmasına səbəb olacaq.