Gədəbəydə qətl hadisəsi törədilib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahim Həsənəliyev mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Rəşad Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən şəxs ailəli olub, 2 azyaşlı övladı var.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.