Abşeronda 9 yaşlı oğlan uşağına qarşı seksual xarekterli hərəkətlər törətməkdə və uşaqbazlıqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org publuka.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. 25 yaşlı Seyfənddin Əfəndiyev qonşuluqda olan 9 yaşlı Samir Babayevi (ad və soyad şərti verilib - red.) zorla həyətlərində olan tövləyə salıb.

Azyaşlıya zorakılıq

Seyfəddin tövlədə Samirə zorakılıq göstərərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Bu zaman 9 yaşlı oğlan ona etiraz edib.
Lakin Seyfəddin güc nümayiş etdirərək, Samiri döyüb və daha sonra əli ilə onun ağızını tutub və paltarını soyunaraq Samirlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hədə-qorxu

Daha sonra Seyfəddin Samirə hədə-qorxu gələrək, bu barədə heç kimə deməməsini tapşırıb. O, azyaşlıya deyib ki, bu barədə kimsəyə desə, onu və valideynlərini öldürəcək. Azyaşlıda Seyfəddinin qorxusundan başına açılan oyunla bağlı heç kimə bir söz deməyib.
Azyaşlının susmasından istifadə edən Seyfəddin yenə də onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Növbəti gün küçədə rastlaşıdığı Samiri Saray qəsəbəsinin kənarında olan kimsəsiz bir yerə gətirib.

Kimsəsiz yerdə cinsi əlaqə

Orada Seyfəddin yenə də Samirlə cinsi əlaqədə olmaq istəyib. Həmin vaxt Samir Seyfəddinlə cinsi əlaqəyə girməkdən imtina edib. Seyfəddin Samirinin onun təklifindən imtina etməsindən əsəbləşib və onu döyüb.
Daha sonra Seyfəddin Samirin şalvarını zorla çıxararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Seyfəddin cinsi əlaqədə olandan sonra Samirə yeni də eyni tələblə hədə-qorxu gəlməyə başlayıb.

Seksual hərəkət

Samir yenə də Seyfəddindən qorxduğu üçün onun hərəkətləri barədə nə valideynlərinə, nə də başqa bir kimsəyə danışıb.
Samirinin susmasından istifadə edən Seyfəddin iki gün sonra yenidən onunla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.
Seyfəddinin davamlı olaraq seksual xarakterli hərəkətlər etməsini görən Samir bu hərəkətlərini anasına danışıb. Şoka düşən azyaşlının anası polisə şikayət edib. Şikayət əsasında Seyfəddin həbs edilib.

Cinayət işi

Seyfəddin Əfəndiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xaraketli hərəkətlər, təqsirkar şəxs üçün aşkar sürətdə 14 yaşına çatmayan şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.
Onun barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Tamella Nəsrullayevin sədrliyilə baş tutan iclaslarda araşdırılıb.

Peşmançılıq və 11 il cəza

Məhkəmədə ifadə verən Seyfəddin Əfəndiyev törətdiyi cinayəti etiraf edib. O, əməlindən peşman olduğunu, bağışlanmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan azyaşlı - Samir Babayev ifadəsində başına açılan oyundan danışıb. O, Seyfəddinin hədə-qorxularına məruz qaldığını, onun tərəfindən zorlandığını deyib.
Məhkəmə cinayət işi üzrə şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edəndən sonra hökm elan olunub. Hökmə əsasən, Seyfəddin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.