Bakıda qadın İran vətəndaşı tərəfindən döyülməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Sputnik-Azərbaycana hüquq-mühafizə orqanlarından məlumat verilib.
1993-cü il təvəllüdlü Bakı sakini N.Q. bildirib ki, Xətai prospektindı yerləşən "Qorqud" hotelində gecə saat üçdə 1987-ci il təvəllüdlü İran vətəndaşı Əhməd Miqvaninin hücumuna məruz qalıb.
Araşdırma zamanı məlum olub ki, noyabrın 4-də Bakıya gələn iranlı turist gecə saatlarında hotelə fahişə çağırıb. Qadın ona intim xidmət göstərdikdən sonra, iranlı pul ödəməkdən imtina edib. Tərəflər arasında yaranan münaqişə zamanı turist qadını döyüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi araşdırma aparılır.