Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib.
Unikal.org-un məlumatına görə, mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın müxtəlif nahiyyələrinə zərbələr vurmaqla ona xüsusi işgəncə veriblər. Daha sonra isə başını kəsiblər.
Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırmalar aparlır.
Qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda mənzil istismar sahəsində çalışdığı bildirilir.