Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.

Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.