Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalanının yaradılması təklif olunur.

Unikal.org  report-a istinadən xəbər verir ki,  bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

O bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir: "Bu, təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqlarımızı işğaldan azad edə bilər. Ammas beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər.

Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.