Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Nüsrət Rauf oğlu Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.