Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Mərkəzin gördüyü işlər , fəaliyyət istiqamətləri , geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi geniş müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM sədri Rufiz Qonaqov iclasda çıxış edərək , Mərkəzin gördüyü işlər , həyata keçirdiyi layihə və tədbirlər , qarşıda duran vəzifələr , çevik icra strukturunun yaranması zərurəti və yeni təyinatlarla bağlı çıxış etmişdir.
Sədr Rufiz Qonaqov bildirmişdir ki , Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atmış , xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirmişdir. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu , indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans , görüşlər və tədbirlərdə təmsil olunduğunu xüsusi qeyd etmişdir .
İclasda Mərkəzin yeni icra strukturu , tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna müvafiq olaraq , yeni təyinatlar edilib.
BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov , Eldar Orucov , Nazim Süleymanov , Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri , Esmira Həmzəbəyova sədrin köməkçisi - baş məsləhətçi , Nurlanə İsmayılova baş məsləhətçi , Muxtar Vəliyev, məsləhətçi, və Cəbrail Fərzəliyev ekspert, təyin olunub.