Azərbaycan sığorta bazarının məhşur simalarından biri Xəyal Məmmədxanlıya vəzifə verilib. Belə ki, X. Məmmədxanlı "Zaman Broker şirkətinin baş kommersiya direktoru təyin edilib.
Unikal.org xəbər verir ki, bu barədə Fins.az-a X. Məmmədxanlı özü məlumat verib. O bildirib ki, iyul ayının 1-dən etibarən sözügedən vəzifəyə təyin edilib.
Xatırladaq ki, X. Məmmədxanlı 2000-ci ildən sığorta sektorunda çalışır. 2000-2002-ci illərdə«Atəşgah» Sığorta şirkətində hüquqşünas, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdirivəzifələrində çalışıb. 2002 -2003-ci illərdə «Beynəlxalq Sığorta Şirkəti»nin İdarə heyətinin Sədri, 2003 - 2005-ci illərdə şirkətin Müşahidə Şurasının Sədri olub.
2006 -2007 -ci illərdə Turquoise MMC-nin baş Direktoru, 2008 -2009-cu illərdə "AZFİNANSBANK ASC-nin Müşahidə Şurasının sədri, eyni zamanda «AzSığorta» ASC - nin İdarə heyəti sədrinin müavini işləyib.
2009 -2010-cu illərdə AZBARTER MMC-nin prezident, 2010 -2011-ci illərdə "ALFA SIÄžORTAnın Direktorlar Şurasının sədri, 2011 -2013-cü illərdə "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC-nin İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, 2013 -2014-cü illərdə "Avesta Konserninin İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, Vitse Prezident vəzifələrində işləyib. 2014-cü ilin sentyabr ayından etibarən isə "ARK Business Solutions şirkətinin TÓ™sisçisi vÓ™ ortağı olub.