Daxili işlər naziri, general Ramil Usubov daha bir polkovniki təqaüdə göndərib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mühasibatlıq Şöbəsinin rəisi, polis polkovniki İlqarə Məhərrəmova vəzifəsindən çıxarılıb.
O, xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələ ki, yerinə təyinat yoxdur.
Qeyd edək ki, həmin İdarənin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov da təqaüdə göndərilib.