Energetika Nazirliyində iki idarə rəisi müvəqqəti və bir şöbəyə yeni rəhbər təyin edilib.
Unikal.org xəbər verir ki, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib.
Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub.
Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb. Esmira Cəfərova Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsində üçüncü katib, xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində birinci katib, NATO şöbəsinin müdiri, Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyasında ikinci, üçüncü katib, BMT yanındakı Missiyasında birinci katib, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert, ADA Universitetində baş müəllim kimi çalışıb.