Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın dağlı kəndində avtomobil heç də dəb deyil.
Unikal.org ARBTV-yə istinadən xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hər tərəfli faydalı olan velosipeddir.
3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr kənarda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri hətta qadınlar da uzun illərdir ki, velosiped sürür.