Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.
Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində əksini tapıb.
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində gömrük idxal rüsumu tətbiq edilir, qərənfil idxalı isə gömrük idxal rüsumundan azaddır. Gələn il yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq.