Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.

Unikal.org-un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.

"Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiz, -deyə O.Əsədov vurğulayıb.