Ukraynanın "Kiyev" beynəlxalq aeroportunun binalarından birinə partlayıcı qoyulması ilə bağlı xəbər yayılıb.

Unikal.org-un məlumatına görə, aeroport bu səbəbdən təxliyə edilir.

Hazırda hüquq-mühafizə orqanlarının aeroportda axtarış apardıqları bildirilir. Lakin bu səbəbdən aviareyslərdə ləngimənin olub-olmaması ilə bağlı məlumat verilməyib.