"ABŞ PKK terrorçu qruplaşmasının Suriyadakı qolu olan "YPG"yə silah verməyəcək".

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ prezdenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında D.Trampın bununla bağlı xüsusi tapşırıq verdiyini söyləyib: "ABŞ prezidenti vurğuladı ki,buna əvvəldən son verilməliydi".