Yol polisi əməkdaşları Sumqayıtda reyd keçirib.
Unikal.org-un Xezerxeber.az-a istinadən məlumatına görə, reydin məqsədi qanunsuz fəaliyyət göstərən mikroavtobusları, eləcə də pərdə və plyonkalardan istifadə edən avtomobilləri aşkarlamaq olub. Yoxlamalar zamanı qanunsuz sərnişin daşıyan bir neçə mikroavtobus aşkarlanıb. Mikroavtobuslarda olan sərnişinlər elə yoldaca düşürülərək başqa ictimai nəqliyyat vasitəsi ilə yola salınıblar. Bəzi sürücülər hətta çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib.
Reyd zamanı həmçinin, avtomobillərin arxa və yan şüşələrinə pərdə və jalüz quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən və şəhərə girişi qadağan olunmuş yük avtomobillərinin sürücüləri saxlanılaraq barələrində inzibati tədbir görülüb.
Ümumilikdə 30-a yaxın sürücü barəsində inzibati protokol tərtib olunub, 10-a yaxın avtomobil müvəqqəti duracağa yerləşdirilib. Reydlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirlir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: