Daha bir ölkə zəlzələ həyacanı yaşayıb. Bolqarıstanda 4,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri paytaxt Sofiyadan 84 km şərqdə, ocağı 20 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Buna baxmayaraq ərazidəki sakinlər gecəni yuxusuz, ayaqüstə keçirməyə qərar verib.