Hindistanda qarın ağrısı şikayəti ilə xəstəxanaya gələn adamın mədəsindən 7 kq ağırlığında xırda pullar, mismarlar, şüşə parçaları və başqa bir çox yad maddə çıxarılıb.

Unikal.org  xəbər verir ki, 35 yaşlı adamın mədəsində tam 263 ədəd xırda pul, 100 ədəd mismar çıxarılıb. Mismarların ağırlığı 1,5 kq olub. Adamın mədəsində həmçinin, 15 sm uzunluğunda paslanmış bir dəmir qandal, təraş bıçağı və şüşə parçaları olub.
3 aydır ki, depressiyada olduğu iddia edilən adamın bu qəribə yemə vərdişindən nə ailəsinin, nə də dostlarının xəbərdar olmadığı məlum olub.

Həkimlər, mismarların bir qisminin xəstənin mədəsini deşib qan sızmalara səbəb olduğunu və bu halla ilk dəfə qarşılaşdıqlarını bildiriblər. (Moderator.az)