Qırğızıstanda Daxili İşlər Nazirliyinin Operativ Xidməti gücləndirilmiş iş rejiminə keçib.
Unikal.org xarici mətbuatına istinadən xəbər verir ki, buna səbəb müvəqqəti saxlama təcridxanasından quldurluq və qətldə təqsirləndirilən 4 nəfərin qaçması olub.
DİN-in yaydığı məlumata görə, həmin şəxslər Bişkek ətrafında saxlanıldıqları təcridxanadan səhər yerli vaxtla 6-da naməlum istiqamətdə qaçıblar.
Hazırda onların tapılması istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən operativ iş aparılır.