İsrail ərazsində "Uber taksi xidmətinin fəaliyyətinə qadağa qoyulub.
Unikal.org-un "Reutersə istinadən verdiyi xəbərə görə, bu barədə Tel-Aviv dairə məhkəməsi qərar qəbul edib.
Belə ki, məhkəməyə "Uber haqqında İsrail Nəqliyyat Nazirliyi, Taksi Sürücüləri Birliyi və rəqib taksi xidmətindən şikayətlər daxil olub. ABŞ şirkətinin lazımi biznes-lisenziyası və sığortası olmayan sürücülərdən istifadə etdiyi bildirilir.
Məhkəmə qərarı noyabrın 29-dan qüvvəyə minəcək.