İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə "Əl-Ərəbiyə telekanalı İraqın Daxili işlər nazirliyinə istinadən xəbər verib.

Terrorçu-kamikadzelərin hücumu zamanı azı 30 nəfər yaralanıb. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.