Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib.

Unikal.org-un məlumatına görə, bu qərar dekabrın 2-də BƏƏ-nin yaranmasının 46-cı ildönümü münasibətilə qəbul edilib.

Həmin gün həmçinin dövlət və özəl şirkətlərin əməkdaşlarına əlavə istirahət günü veriləcək.