Türkiyə ordusu Ermənistanla sərhəddə genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Unikal.org xəbər verir ki, Ermənistanla sərhəddə Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Əməliyyat zamanı PKK terror təşkilatına aid mağara və yeraltı sığınacaqlar bombalanıb.

Ağrı əyaləti Jandarma Komandanlığı bəyan edib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları ilə yanaşı bütün bölgədə fasiləsiz aparılacaq.