Bakının Binəqədi rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində sellofan torbada nömrəsi silinmiş "Mauzer" markalı tapança, 3 ədəd "F-1" və 1 ədəd "RQD" markalı qumbara tapılıb.