Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən yerə ataraq intihar edən qızın adı məlum olub.
Unikal.org report.az-a istinadən bildirir ki, intihar etmiş qız Əda Zeynalovadır.
Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
08:53
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.
Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.