Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.
Unikal.org bildirir ki, apa-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
Beton günorta saatlarında tökülüb. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.