Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.
 
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.