Ağdaş rayonunda müəmmalı şəkildə ölən 16 yaşlı qızın kimliyi məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Lək kənd sakini, 2001-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanovanın meyiti yaşadığı evin həyətindəki "turnik"in yanında ölmüş vəziyyətdə aşkarlanıb.
M.Osmanova 10-cu sinif şagirdidir. Yaxınları onun "turnik"dən yıxılaraq öldüyünü bildiriblər.
Onun Rusiyada işləyən atası məsələdən xəbər tutaraq bu gün ölkəyə qayıdıb. M.Osmanovanın məktəbdə əlaçı olduğu da bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
10:24
Ağdaş rayonunda 16 yaşlı qız intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir.
İntihar edən yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırılır.