Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb.

Unikal.org report-a istinadən verdiyi məlumata görə, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, "Ford Transit markalı 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb. 

Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.