"Bazarstore" marketində 34 yaşlı qadın keçinib.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən "Bazarstore" supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.