Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Komitənin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, İdarənin Sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama zamanı daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə - tiryək aşkar edilib.