Tovuz rayonunda 9 yaşlı uşağı it tutub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Abdıyev Nural Vüsal oğlu küçədə itin hücumuna məruz qalıb. Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.