Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Ə.Salahzadənin vəkili Tofiq Aslanov bildirib ki, dövlət ittihamçısı çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, "Azərsu ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.
Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.