Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Ağdaş Dövlət Hümanitar Kollecinin 3-cü kurs tələbəsi Ə.Nəsibovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirən, şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev Qəbələ rayonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.