Siyəzən rayonunda yanmış vəziyyətdə olan kişi meyiti tapılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, meyit dəniz kənarında yerləşən vaqonda aşkarlanıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Siyəzən şəhər sakini, 1955-ci il təvəllüdlü Arif Quliyev olduğu müəyyənləşib.
Gözətçi olan A.Quliyevin gecə saatlarında vaqonun odun sobasından alışaraq yanması nəticəsində öldüyü müəyyənləşib.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.