Dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyevin Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarını qıraraq mənzildən içərisində 100.000 manat olan seyf oğurlanıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin Xəzər rayon sakinləri Bayram Əsgərov və Heydərəli Hacıyev tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin üzərlərindən və yaşadıqları evlərdən oğurladıqları pullar aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.