Bakıda bir neçə qadına qarşı soyğunçuluq əməli törətmiş şəxs tutulub. 

Unikal.org xəbər verir ki, son günlərdə paytaxt sakinləri Ulduz Rəhimova, Səidə Seyidnurova və daha bir neçə nəfəri küçədə soyan şəxs müəyyənləşdirilib. Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi və Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Nuriyev Orxan Vidadi oğlu tutulub.

Qeyd edək ki, O.Nuriyev gecə saatlarında əvvəlcədən seçdiyi qadınların tək olmasından istifadə edərək onlara zor tətbiq edərək çantalarını alıb qaçırmış.

Onun ətrafında müvafiq araşdırmalar aparılır.