Rusiyanın Sankt-Peterburq şəhərində ailə faciəsi yaşanıb. Unikal.org Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 31 və 48 yaşlarındakı iki qardaş arasında mübahisə düşüb. Spirtli içki qəbul etmiş qardaşlardan biri ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan kiçik qardaş yerindəcə keçinib. Həmin şəxslərin azərbaycanlı olduğu deyilir, hələlik adları məlum deyil.
Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.