Bakının Binəqədi rayonunda yanğın baş verib.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonda ümumi sahəsi 6000 m2 olan bir-birinə bitişik 10 (hər birinin sahəsi 66 m2) avtomobil təmiri sexinin 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 175 m2 sahədə yanıb. Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.